UEFA Çempionlar Liqası: "Ayaks"ın Bakıya səfər planı bəlli oldu

UEFA Çempionlar Liqası: "Ayaks"ın Bakıya səfər planı bəlli oldu İdman

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda Bakıda "Qarabağ"la üz-üzə gələcək Niderlandın "Ayaks" klubunun səfər proqramı bəlli olub.

News24.az xəbər verir ki, bu barədə "köhlən atlar"ın Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, Amsterdam təmsilçisi dekabrın 8-də, axşam saatlarında paytaxtda olacaq. Dekabrın 9-da matçın keçiriləcəyi stadionda komandanın mətbuat konfransı və açıq məşqçi baş tutacaq. "Ayaks" matçdan sonra Niderlanda qayıdacaq.

Qeyd edək ki, qarşılaşma dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.