"Qarabağ" daha bir tarix yazdı: İngiltərə nəhəngi ilə hesab bərabərə bitdi
İdman
"Qarabağ" – "Çelsi" qarşılaşması 2-2 hesabı ilə başa çatıb.
**
"Çelsi" hesabı bərabərləşdirib.
Newws24.az xəbər verir ki, ikinci qola oyunun 53-cü dəqiqəsində Qarnaço imza atıb.
"Qarabağ 2 - 2 "Çelsi"
**
"Qarabağ" qarşılaşmada ikinci qolunu vurub.
News24.az xəbər verir ki, Yankoviç rəqib qapısına təyin olunan penalti fürsətini boşa çıxarmayıb.
"Qarabağ" 2 - 1 "Çelsi"
**
"Qarabağ" oyunda ilk qolunu vurub.
News24.az xəbər verir ki, 29-cu dəqiqədə Andrade "Qarabağ"a bərabərlik qolunu qazandırıb.
"Qarabağ" 1 - 1 "Çelsi"
**
"Qarabağ" – "Çelsi" qarşılaşmasında hesab açılıb.
News24.az xəbər verir ki, oyunun 16-cı dəqiqəsində Estevao "Qarabağ"ın qapısından qol keçirib.
"Qarabağ" 0 - 1 "Çelsi"
**
UEFA Çempionlar Liqasının Əsas Liqa Mərhələsinin 4-cü tur çərçivəsində "Qarabağ" - "Çelsi" oyunu başlayıb.
News24.az xəbər verir ki, İngiltərə təmsilçisi ilə qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutur.
Qeyd edək ki, bu "Qarabağ"ın Çempionlar Liqasında evdə keçirilən ikinci oyunudur.