ÇL-də növbəti oyun başa çatdı: "Qarabağ" 0 - 2 "Napoli"

ÇL-də növbəti oyun başa çatdı: "Qarabağ" 0 - 2 "Napoli"  İdman

"Qarabağ" – "Napoli" qarşılaşması rəqib komandanın qələbəsi ilə başa çatıb.

"Qarabağ" 0 – 2 "Napoli"

**

Oyunda avtoqol qeydə alınıb.

News24.az xəbər verir ki, 72-ci dəqiqədə Yankoviç "Qarabağ"ın qapısına top keçirərək avtoqola səbəb olub.

**

“Qarabağ” – “Napoli” oyununda hesab açılıb.

News24.az xəbər verir ki, ilk qola MakTominay imza atıb.

Oyunun 66-cı dəqiqəsində “Napoli” hesabda irəli keçib: 1-0

**

UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda “Qarabağ” İtaliyanın “Napoli” klubu ilə qarşılaşır.

News24.az xəbər verir ki, qarşılaşma İtaliyada “Stadio Diego Armando Maradona”da baş tutur.

Xatırladaq ki, daha əvvəl “Qarabağ” dörd oyun keçirib. Onlardan ikisi qələbə, biri heç-heçə, biri isə təmsilçilərimizin məğlubiyyəti ilə bitib.