UEFA-dan "Fənərbaxçaya" - CƏZA
İdman
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Lill"lə qarşılaşan "Fənərbaxça" bu turda keçirdiyi ev oyununa görə UEFA tərəfindən cəzalandırılıb.
News24.az xəbər verir ki, UEFA "Fənərbaxça" klubuna 1 il müddətinə stadionun qismən bağlanması cəzası verib.
Səbəb isə İstanbulda "Lill" matçında meydana yad əşyaların atılmasıdır.
Xatırladaq ki, "Lill"lə oynadığı matçlarda "Fənərbaxça" rəqibinə səfərdə 2:1 hesabı ilə uduzub, ev matçı 1:1 hesablı bərabərliklə yekunlaşıb və Çempionlar Liqası ilə vidalaşıb.
Məryəm İlhamqızı