"Qarabağ" "Nyukasl"a qarşı: beşinci qol – CANLI

"Qarabağ" "Nyukasl"a qarşı: beşinci qol – CANLI İdman

Komandalar arasında top fərqi yenidən minimuma enib.

News24.az xəbər verir ki, 57-ci dəqiqədə Elvin Cəfərquliyev hesabımıza ikinci qolu qazandırıb.

"Qarabağ" 2 - 3 "Nyukasl"

**

"Nyukasl"ın cavab qolu gecikməyib. 

News24.az xəbər verir ki, cəmi 2 dəqiqə sonra "Nyukasl" top fərqini yenidən 2-yə qaldırıb.

**

"Qarabağ" ikinci hissəni qol ilə başlayıb. 

News24.az xəbər verir ki, Kamilo Duran 50-ci dəqiqədə heasbımıza ilk qolu yazdırıb.

**

"Nyukasl" oyunun 6-cı dəqiqəsində ikinci qolunu vurub. 

News24.az xəbər verir ki, bu dəfə komandamızın qapısından qol keçirən Joelinton (6`) olub.

**

"Qarabağ" – "Nyukasl" qarşılaşmasında ilk qol vurulub. 

News24.az xəbər verir ki, "Nyukasl" hesabı açıb.

İlk qolun müəllifi "Nyukasl"ın futbolçusu Tonali (5`) olub.

**

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

News24.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” İngiltərədə “Nyukasl”ın qonağıdır.

Oyunu italiyalı Davide Massa idarə edir.

Xatırladaq ki, Bakıda keçirilən ilk görüşdə ingilislər 6:1 hesablı qələbə qazanıblar.