UEFA "Finalissima" oyununun ləğv edildiyini açıqladı
İdman
UEFA İspaniya ilə Argentina arasında keçirilməsi planlaşdırılan Finalissima oyununun ləğv edildiyini açıqlayıb.
News24.az xəbər verir ki, bu matçda İspaniya və Argentina milliləri qarşılaşmalı idi. Oyunda Lamine Yamal ilə Lionel Messinin ilk dəfə bir-birinə qarşı oynaması gözlənilirdi.
UEFA bildirib ki, oyunun keçirilməsi üçün müxtəlif tarix və yerlər təklif olunub. Lakin Argentina matçın daha gec tarixdə keçirilməsini istəyib. İspaniyanın sıx oyun cədvəlinə görə isə bu mümkün olmayıb.