UEFA Millətlər Liqası: Azərbaycan millisinin rəqibləri bu gün bəlli olacaq
İdman
Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri bu gün məlum olacaq.
News24.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv püşkatmaya D Liqasının 1-ci səbətində qoşulacaq.
Burada həmçinin Litva, Latviya/Cəbəllütariq cütünün məğlubu, Lüksemburq/Malta cütünün məğlubu da yer alacaq.
Qeyd edək ki, UEFA Millətlər Liqasında yeni mövsümə sentybarın 24-də start veriləcək.