UEFA “Qarabağ”ı cəzalandırdı – SƏBƏB

UEFA “Qarabağ”ı cəzalandırdı – SƏBƏB İdman

UEFA "Qarabağ” klubunu cəzalandırıb.

News24.az xəbər verir ki, qərar Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda Bakıda Almaniyanın "Ayntraxt” klubuna qarşı keçirilən (3:2) oyunda səsləndirilən şüarlara görə UEFA-nın İntizam Komitəsi tərəfindən qəbul olunub.

Qərara əsasən, Ağdam təmsilçisi "idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi” və "ümumilikdə futbolun və xüsusilə UEFA-nın nüfuzuna zərər vurulması” səbəbilə 17 500 avro məbləğində cərimə olunub. Qərarda söhbətin konkret nədən getdiyi açıqlanmayıb.

QOL.az-ın əldə etdiyi xəbərə görə isə cəzaya səbəb azarkeşlərin "UEFA - mafiya” şüarı səsləndirməsi olub.

Bundan əlavə, təşkilatın məlumatına görə, klub bilet nəzarəti qaydalarını da pozub.