UEFA “Qarabağ” qapıçısını zirvəyə qaldırdı – 3 möhtəşəm qurtarış şok yaratdı
İdman
“Qarabağ”ın qapıçısı Mateuş Koxalskinin üç qurtarışı Çempionlar Liqasının günün ən yaxşıları siyahısına daxil edilib.
News24.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
25 yaşlı qolkiperin “Napoli” ilə İtaliya görüşündə penalti də daxil olmaqla üç möhtəşəm seyv etdiyi epizodlar “ilk 6-lıq”da yer alıb.
Avropa futbol qurumu paylaşımında “Qapıçılar bu gecə ən yaxşı formadadırlar. Sizcə, ən yaxşısı hansıdır?” sualı ilə sorğu da başladıb.