Ulduz futbolçu Real Madriddən ayrıldı

Ulduz futbolçu Real Madriddən ayrıldı İdman

Dünən İspaniya mətbuatında yer alan xəbərlərdə Dani Seballosun ayrılmaq qərarını rəhbərliyə bildirdiyi barədə məlumatlar yer alıb.

News24.az xəbər verir ki, bu gün Las Palmas matçı üçün komandanın heyətində olan futbolçu Kanar adalarına uçuşdan əvvəl Valdebebas obyektlərində komandanın əməkdaşları ilə vidalaşıb.

Relevoda çıxan xəbərdə bunun futbolçunun komandadan ayrılacağına sübut olduğu bildirilib.

Verilən məlumata görə, indiyədək mövsümün 3 rəsmi matçında da start 11-də yer ala bilməyən Seballos əvəzedici oyunçu gözləmək istəmədiyi üçün bu qərarı verib.

Əndəlus əsilli futbolçu bu istəyini rəhbərliyə çatdırıb. İddialara görə, o, icarə əsasında "Real Betis"ə keçəcək.

Məryəm İlhamqızı