“Uğur qazanacağımıza inanıram"
İdman
"Fənərbağça" futbolçusu Mert Müldür UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Nottingem Forest" ilə keçiriləcək ilk oyun öncəsi açıqlama verib.
News24.az xəbər verir ki, müdafiəçi komandalarının yaxşı formada olduğunu bildirib: “Yaxşı kollektivik və hər kəs üzərinə düşəni edir. Mövsümün bu mərhələsində birlik çox vacibdir. Düşünürəm ki, bu birlik bizə uğur qazandıracaq”.
Mert həmçinin daim hazır vəziyyətdə olduğunu vurğulayıb və azarkeşlərin dəstəyinin komanda üçün böyük motivasiya olduğunu qeyd edib.