Vadji belə vida etdi: - "Çox tez bitsə belə..."

Vadji belə vida etdi: - "Çox tez bitsə belə..." İdman
"Bütün ailəyə, klubda çalışanlara, əziz qardaşlarıma və "Qarabağ" azarkeşlərinə salam. Bu bir vida mesajıdır. Təbii ki, gözlənilməz səfərim səbəbindən sizinlə üzbəüz vidalaşmaq imkanım olmadı. Amma bilin ki, özümlə kollektiv emosiyaların çoxlu gözəl anlarını aparıram".

News24.az xəbər verir ki, bu sözləri "Qarabağ" klubundan Fransanın "Sent-Etyen" klubuna keçən futbolçu İbrahima Vadji "İnstagram" hesabında paylaşdığı vida mesajında yazıb. 

"İnsani və peşəkar cəhətdən böyük macəra idi. Çox tez bitsə belə... Qalanlara uğurlar. Hər şey üçün təşəkkür edirəm" deyə Vadji qeyd edib.