VAR işləmədi: "Qarabağ" cərimələnə bilər?

VAR işləmədi: "Qarabağ" cərimələnə bilər? İdman

Ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsində Tofiq Bəhrəmov adına Respublika stadionunda keçirilən "Qarabağ" – "Ayntraxt" matçı planlaşdırılan vaxtdan bir neçə dəqiqə gec başlayıb. Gecikmənin səbəbi VAR (Video Yardımcı Hakim) sisteminin işləməməsi olub. Bəs görəsən, "Qarabağ" VAR sisteminin işləməməsi səbəbindən cərimələnə bilərmi?

"Qarabağ" klubunun mətbuat katibi Anar Hacıyev News24.az-a açıqlamasında bildirib ki, VAR məsələsi klubun birbaşa nəzarətində deyil:

"VAR sisteminə UEFA nəzarət edir və onun özünəməxsus standartları mövcuddur. Oyun zamanı yaşanan problem yalnız bir neçə dəqiqəlik gecikmə ilə bağlı olub. Məsələ VAR otağı ilə hakim arasında yaranan rabitə pozuntusu ilə əlaqədar idi və problem bir neçə dəqiqə sonra aradan qaldırıldı".