"VAR"da yeni dövr başlayır: Bu hallar da yoxlanılacaq
İdman
FIFA 2026 Dünya Kubokundan etibarən VAR (Video Yardımçı Hakim) sisteminin tətbiq sahəsi genişlənəcək.
News24.az xəbər verir ki, artıq VAR yalnız qol və penalti qərarlarına yox, həmçinin künc zərbəsi və ikinci sarı kart hallarına da baxa biləcək.
Əgər sistem turnirdə uğurla tətbiq olunarsa, gələcəkdə bütün liqa və turnirlərdə daimi olaraq istifadə ediləcək. Həmçinin cərimə meydançası xaricində zədələnən futbolçular üçün yeni qayda qüvvəyə minəcək. Əgər futbolçu qayda pozuntusu səbəbindən sarı və ya qırmızı kart almamışsa və ilkin tibbi yardım alırsa, sahədən iki dəqiqəlik ayrılması məcburi olacaq.
Qaydalar rəsmi təsdiq olunarsa, 1 iyun 2026-cı il tarixindən qüvvəyə minəcək.