"Vikinq" - "Sabah" oyununu niderlandlı hakim idarə edəcək

"Vikinq" - "Sabah" oyununu niderlandlı hakim idarə edəcək İdman

Norveçdə yerli "Vikinq" və "Sabah" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının oyununu idarə edəcək hakimlər müəyyənləşib.

News24.az xəbər verir ki, Liqa mərhələsinin IV turunun matçı Niderlanddan olan hakimlər briqadasına tapşırılıb.

Qarşılaşmanın baş hakimi FIFA referisi Sander van der Eyk olacaq. Ona həmyerliləri Rens Bluemink və Stefan de Qrot kömək göstərəcək. Dördüncü hakim funksiyasını Coui Koy yerinə yetirəcək.

Xatırladaq ki, "Vikinq" - "Sabah" oyunu noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.