Viktor Osimhen vurduğu qolla “Qalatasaray”ın tarixinə düşdü

Viktor Osimhen vurduğu qolla “Qalatasaray”ın tarixinə düşdü İdman

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Qalatasaray” səfərdə Yuventusa 3-2 hesabı ilə uduzsa da, ilk oyundakı 5-2-lik üstünlük sayəsində mərhələ adlayıb.

News24.az xəbər verir ki, matçın 105+1-ci dəqiqəsində fərqlənən Viktor Osimhen vurduğu qolla klub tarixinə düşüb. Nigeriyalı hücumçu “Qalatasaray” forması ilə Avropa yarışlarında 13-cü qolunu vuraraq Milan Baroş və Şabani Nondanı geridə qoyub və klubun avrokuboklarda ən çox qol vuran əcnəbi futbolçusu olub.

“Qalatasaray” 12 ildən sonra yenidən 1/8 finala yüksəlib və növbəti mərhələdə ya Liverpul, ya da Tottenhemlə qarşılaşacaq.