Virtz “Qalatasaray”a qarşı oynayacaqmı?
İdman
Liverpoolun baş məşqçisi Arne Slot alman futbolçu Florian Virtzin zədəsi ilə bağlı son vəziyyəti açıqlayıb.
News24.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Qalatasaray"la qarşılaşacaq “Liverpul”da 22 yaşlı ulduzun durumu azarkeşləri narahat edir.
Arne Slot bildirib ki, Virtz Premyer Liqada "Vulverhampton Vanderersa" qarşı keçiriləcək oyunda iştirak etməyəcək. Alman futbolçu həmçinin FA Kubokunda yenidən “Vulverhempton”la baş tutacaq matçı da buraxacaq.
Baş məşqçinin açıqlamasına əsasən, Virtzin bərpa prosesi davam edir. Onun “Qalatasaray”la Çempionlar Liqası oyununda iştirak edib-etməyəcəyi isə hələlik dəqiq deyil və qarşıdakı günlərdə məlum olacaq.