Volkan Demirel yenidən qayıtdı – Gençlerbirliğidə sürpriz qərar

Volkan Demirel yenidən qayıtdı – Gençlerbirliğidə sürpriz qərar İdman

Türkiyə Super Liqa komandası Gənclərbirliyi baş məşqçi dəyişikliyi edib.

News24.az xəbər verir ki, klub Levent Şahinlə yollarını ayırdığını və onun yerinə Volkan Dəmirəli təyin etdiyini açıqlayıb.

Gənclərbirliyi Volkan Dəmirəl ilə 1,5 illik müqavilə imzalayıb. Beləliklə, o, üç aylıq fasilədən sonra yenidən komandanın baş məşqçisi olub. Klubun açıqlamasında bildirilib ki, Volkan Dəmirəl komandanı və klubun quruluşunu yaxşı tanıyır. Buna görə də onunla yenidən əməkdaşlıq etmək qərarı verilib.

Volkan Dəmirəl artıq komanda ilə ilk məşqinə çıxıb və Corendon Alanyasporla keçiriləcək oyunun hazırlıqlarına başlayıb.