Xabi Alonso “Marsel”ə yox dedi: Hədəf “Liverpul”dur?
İdman
Xabi Alonso “Marsel”in baş məşqçi təklifini rədd edib.
News24.az xəbər verir ki, məlumata görə, o, klubdakı qeyri-sabit vəziyyətə görə bu qərarı verib.
Məlumata görə, Alonso “Real Madrid”dən ayrıldıqdan sonra daha sabit layihə axtarır. O, “Santyaqo Bernabeu”dakı qısa və gərgin dönəmdən sonra riskli variant istəmir.
“Marsel” Roberto De Zerbinin ayrılığından sonra Alonsonu əsas namizəd kimi görsə də, təklif “dərhal” geri çevrilib.
Bu qərar fonunda onun keçmiş klubu “Liverpul”a mümkün qayıdışı barədə şayiələr güclənib. Hazırda komandaya rəhbərlik edən Arne Slotun rəhbərliyi altında “qırmızılar” Premyer Liqada 6-cı yerdədir və lider “Arsenal”dan 16 xal geri qalır.