Xabi Alonso "Real Madrid"dən getdi

Xabi Alonso "Real Madrid"dən getdi İdman

“Real Madrid” baş məşqçi Xabi Alonso ilə yollarını ayırdığını açıqlayıb. Qərarın klub və mütəxəssis arasında qarşılıqlı razılaşma əsasında verildiyi bildirilib.

News24.az xəbər verir ki, klubun rəsmi açıqlamasında Xabi Alonsonun “Real Madrid” üçün xüsusi yerə sahib olduğu vurğulanıb.

Klubun müvəqqəti baş məşqçisi Alvaro Arbeloa olub.

Qeyd edək ki, Xabi Alonso 2025-ci ilin yayından bəri "Real"ı çalışdırırdı. Onun rəhbərliyi altında komanda ötən gün İspaniya Super Kubokunun finalında "Barselona"ya 2:3 hesabı ilə məğlub olub.