Yankoviç: "Karyeramla oynadılar, amma "Qarabağ" mənim üçün dönüş oldu"
İdman
"Oyunçunun keyfiyyəti ilə məşqçinin ideyası və digər 20 oyunçu üst-üstə düşməlidir ki, tam mənzərə yaransın. Çox vaxt elə olur ki, fenomenal oyunçular müəyyən mühitdə özlərini göstərə bilmirlər. Bu, müəyyən sistemlərin bəzi oyunçu profillərinə uyğun gəldiyini göstərir. Amma şübhəsiz ki, karyeramın ən yaxşı futbolunu "Qarabağ"da oynayıram".
News24.az xəbər verir ki, bu sözləri "Qarabağ" futbol klubunun yarımmüdafiəçisi Marko Yankoviç deyib.
Marko İtaliyada yaşadığı çətin dövrü də xatırlayıb:
"İtaliyada olduğum zaman bir müddət oynamamışdım. Sonra "Legiya"ya getdim. Guya tibbi müayinədən sonra hazır olmadığım deyildi. Bu cəfəngiyyatdır, çünki 20 il futbol oynayan birinin necə hazırlıqsız olması mümkün ola bilər? İnsanlar həqiqətən mənim karyeramla oynadılar. Həmin dövrdən sonra tam bir transformasiya başladı. Seçimlərim məhdud idi. İsrailə getdim, orada yaxşı liqa var. Bir ildən sonra artıq yaxşı formadaydım və "Qarabağ" bunu gördü".
Qeyd edək ki, "Beytar" və "Hapoel" Tel-Əviv macəralarından sonra "Qarabağ" Markonu Monteneqro millisində Marko Veşoviçi izləyərkən kəşf edib. (mozzartsport.com)