Yaşıl meydan döyüş yerinə çevrildi: 17 qırmızı vərəqə verildi
İdman
Boliviya Kubokunun 1/4 finalında "Real Oruro" ilə "Blooming" arasında keçirilən matçın sonunda böyük qarşıdurma yaşanıb.
News24.az xəbər verir ki, oyunun bitməsindən dərhal sonra iki komanda bir-birinə hücum edib və meydan tamamilə qarışıb.
2:2 hesabı ilə bitən və ümumi nəticədə "Blooming"in yarımfinala yüksəldiyi qarşılaşmada futbolçular və texniki heyət bir-birinə təpik və yumruq atmağa başlayıb. Hakim qarşıdurmanı dayandırmaq üçün ardıcıl qırmızı vərəqələr göstərib.
Hakim raportuna görə, ümumilikdə 17 nəfər – 11 futbolçu və 6 texniki heyət üzvü – meydandan qovulub.
Hadisə ilə bağlı rəsmi araşdırma aparılır.