Yeni müqavilə təklifini qəbul etmədi

Yeni müqavilə təklifini qəbul etmədi İdman
“Borussiya”nın (Dortmund) futbolçusu Çud Bellingem klubu tərk edə bilər.

News24.az xəbər verir ki, 19 yaşlı ingilis futbolçu 180 min funt-sterlinq maaşla yeni müqavilə təklifini qəbul etməyib.

Bellingem üçün hazırda beş klub – “Mançester Siti”, “Çelsi”, “Mançester Yunayted”, “Liverpul” və “Real” mübarizə aparır.

Bellingem bu mövsüm Bundesliqa təmsilçisinin heyətində 23 oyuna çıxıb, 10 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.