“Yeni strukturda komanda formalaşdırırıq” – baş məşqçi

“Yeni strukturda komanda formalaşdırırıq” – baş məşqçi İdman

“Komanda ilə hələ yeni bir araya gəlmişik. Futzal üzrə milli komandaya yeni oyunçular dəvət etmişəm. Geniş heyətlə təlim-məşq toplanışına başlamışıq. İlk növbədə, futbolçuların oyunlarını yaxından izləmək istəyirəm”.

News24.az xəbər verir ki, bu fikirləri komandanın baş məşqçisi Yevgeni Kukseviç jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis futbolçuların potensialına da toxunub: “Burada perspektivli oyunçuların olduğunu bilirəm. Məqsədimiz onların üzərində sistemli şəkildə işləməkdir. Yeni struktur çərçivəsində yeni bir komanda qururuq. Heyətə kifayət qədər gənc futbolçu cəlb etmişik. Gələcəkdə Avropa çempionatı və digər turnirlərdə bu kollektivlə mübarizə aparmağı hədəfləyirik”.