Yığmamız Özbəkistanla üz-üzə gələcək

Yığmamız Özbəkistanla üz-üzə gələcək İdman

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Özbəkistanda təlim-məşq toplanışı davam edir.

News24.az xəbər verir ki, yığmamız bu gün ilk yoxlama oyununa çıxacaq. Milli komanda Özbəkistanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.

Daşkənd şəhərinin Dustlik viləyətinin eyniadlı stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.