Yunanıstan Abubakarla maraqlanır?
İdman
Yunanıstan təmsilçisi AEK-in "Beşiktaş"ın heyət planlarında yer almayan Vinsent Aboubakar üçün təklif verməyə hazırlaşdığı iddia edilirdi.
News24.az Sporttime-a istinadən xəbər verir ki, hücumçu axtarışlarını davam etdirən AEK-in Vinsent Abubakarla maraqlanmadığı iddia edilib.
Xəbərdə qeyd olunub ki, sarı-qaralar "Ludoqorets"də çıxış edən mərkəz hücumçusu Kvadvo Dua ilə maraqlanır.
Bu mövsüm hələ rəsmi matçda iştirak etməyən Aboubakar ötən mövsüm 34 rəsmi matçda 12 qol vurub və 3 məhsuldar ötürmə edib.
İllik 3 milyon 110 min avro maaş alan kamerunlu hücumçunun ağ-qaralar ilə daha 1+1 illik müqaviləsi var.
Günel Məlikzadə