“Yuventus” azarkeşləri Kənan Yıldızdan dönüş gözləyir

“Yuventus” azarkeşləri Kənan Yıldızdan dönüş gözləyir İdman

"Yuventus" azarkeşləri komandanın 10 nömrəli oyunçusu Kənan Yıldızın yenidən parıldamasını istəyir.

News24.az xəbər verir ki, müqaviləsini yenilədikdən sonra gənc futbolçu cəmi üç oyunda forma geyinib və hələ gözlənilən təsiri göstərə bilməyib.

“Latsio”, “İnter” və “Qalatasaray”a qarşı keçirilən matçlarda Yıldız nə qol, nə də məhsuldar ötürmə ilə yadda qalıb. Əsas problem isə onun həlledici anlarda oyunun taleyini dəyişə bilməməsidir. “Qoca Sinyora” xüsusilə “Komo” ilə qarşılaşma öncəsi lider oyunçusunun əvvəlki formasına qayıtmasına ümid edir.

Baş məşqçi Lusiano Spalletti futbolçunun performansındakı enişin səbəblərini araşdırır. Yorğunluq və ağır oyun qrafiki əsas ehtimallar arasındadır. Məşqçi Yıldız üçün daha fərdi yanaşma tətbiq etməyi planlaşdırır.