“Yuventus” və “İnter” arasında gərginlik: "Yenə bir pislik etməyi bacardınız"

“Yuventus” və “İnter” arasında gərginlik: "Yenə bir pislik etməyi bacardınız" İdman

İtaliya derbisinin fasiləsində gərgin anlar yaşanıb.

News24.az xəbər verir ki, “Yuventus”un futbolçusu Pierre Kalulu ilk hissənin sonlarında ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldıqdan sonra Turin təmsilçisinin düşərgəsində ciddi narazılıq yaranıb.

"La Gazzetta dello Sport" nəşrinin məlumatına görə, fasilə zamanı “Yuventus” və “İnter” rəsmiləri arasında mübahisə baş verib. Diqqət mərkəzində isə “Yuventus”un baş məşqçisi Luciano Spalletti ilə “İnter”in prezidenti Giuseppe Marotta arasında dialoq olub.

İddialara əsasən, Spalletti Marottaya “yenə bir pislik etməyi bacardınız!” - deyərək hakim qərarlarına təsir edilməsi ilə bağlı eyham vurub.