"Yuventus" Vlahoviçə maaş limiti qoydu

"Yuventus" Vlahoviçə maaş limiti qoydu İdman

"Yuventus" serbiyalı hücumçu Duşan Vlahoviçlə müqaviləni uzatmaq üçün danışıqlar aparır.

News24.az xəbər verir ki, klub Vlahoviçə yeni müqavilə təklif edib. Lakin onun maaşı komandanın gənc futbolçusu Kənan Yıldızın qazancından, yəni 6 milyon avrodan çox olmayacaq.

Bildirilir ki, Vlahoviçin illik gəliri bonuslar da daxil olmaqla Kənan Yıldızın maaşından aşağı olacaq.

"Yuventus" yalnız bu şərtlər qəbul olunarsa, müqaviləni uzatmağa hazırdır. Vlahoviç isə hələ yekun qərar verməyib, amma İtaliyada xoşbəxt olduğu üçün təklifi qəbul edə biləcəyi deyilir.