“Yuventus”da iki ulduzun taleyi sabah bəlli olacaq
İdman
“Yuventus”da Kənan Yıldız və Bremerin durumu qeyri-müəyyəndir.
News24.az xəbər verir ki, Bremer bud əzələsində iltihab səbəbilə komandadan ayrı məşq edir. Kənan isə sol topuq və baldır nahiyəsinə aldığı zərbələrdən sonra tibbi nəzarətdədir.
Hazırkı vəziyyətə görə, oyun bu gün keçirilsəydi, hər iki futbolçu “Qalatasaray”la Çempionlar Liqasının "play-off" cavab matçında forma geyinə bilməzdi.
Baş məşqçi Luçano Spallettiin qərarı sabahkı məşqdən sonra veriləcək. Komanda bu gün istirahət edir.