“Yuventus”dan meydanda şou: 5 qollu qələbə
İdman
İtaliya A Seriyasının 20-ci turunda “Yuventus” evdə “Kremoneze”ni 5:0 hesabı ilə məğlub edərək liderliyini qoruyub.
News24.az xəbər verir ki, matça start heyətində başlayan Kənan Yıldız bir qol vurub və 62-ci dəqiqədə əvəzlənib.
Qolları 12-ci dəqiqədə Bremer, 15-ci dəqiqədə David, 35-ci dəqiqədə Kənan Yıldız, 48-ci dəqiqədə Terracciano (öz qapısına) və 64-cü dəqiqədə McKennie vurub.