Zaniolo: “Burada qalmaqdan başqa bir şey düşünmürəm”

Zaniolo: “Burada qalmaqdan başqa bir şey düşünmürəm” İdman

"Qalatasaray"dan "Udineze"yə icarəyə verilən Nikolo Zaniolo gələcəyi ilə bağlı açıqlama verib.

News24.az xəbər verir ki, İtalyan futbolçu "La Gazzetta dello Sport" qəzetinə müsahibəsində hazırda oynadığı komandada qalmaq istədiyini bildirib. O, gələcəyi ilə bağlı sualı cavablandırarkən “Burada qalmaqdan başqa bir şey ağlıma gəlmir” deyib.

Zaniolo "Qalatasaray"dakı dövründən də danışıb. O bildirib ki, 17 nömrəli formanı seçməsinin xüsusi səbəbi olub. Futbolçu zəlzələdə həyatını itirən bir uşağın atasından məktub aldığını və bu hadisənin ona çox təsir etdiyini deyib.