"Zirə" "Şamaxı"ya məğlub oldu

"Zirə" "Şamaxı"ya məğlub oldu İdman

Misli Premyer Liqasında XV tura start verilib.

News24.az xəbər verir ki, günün ilk oyununda "Şamaxı" doğma meydanda "Zirə"yə 2:1 hesabı ilə qalib gəlib.

Qonaqların heyətində Georgi Papunaşvili 8-ci dəqiqədə hesabı açıb. Bölgə təmsilçisinin qollarını isə 54-cü dəqiqədə Alfons Msanqa və 61-ci dəqiqədə penaltidən Karim Rossi vurublar.

"Şamaxı" 20 xalla 7-ci, "Zirə" isə 27 xalla üçüncü pillədə qərarlaşıb.

Günün ikinci qarşılaşmasında "Turan Tovuz" "Sabah"ı qəbul edəcək.

Qeyd edək ki, XV tura dekabrın 15-də yekun vurulacaq.