"Zirə" "Omoniya"ya QARŞI - Saat 20:00-da...

"Zirə" "Omoniya"ya QARŞI - Saat 20:00-da... İdman

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə yekun vurulacaq.

News24.az fanat.az-a istinadla xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən, tarixində ilk dəfə pley-offda iştirak edən "Zirə" də növbəti oyununa çəxacaq. 

Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv cavab matçında Bakıda Kiprin "Omoniya" klubu ilə üz-üzə gələcək.

Qarşılaşma saat 20:00-da start götürəcək. Görüşü Latviyadan olan hakim Vitaliys Spasyonnikovs idarə edəcək.

Qeyd edək ki, Nikosiyadakı ilk oyunda təmsilçimiz 6 cavabsız qolla məğlub olub.

UEFA Konfrans Liqası
Pley-off mərhələsi, cavab oyunu
29 avqust

20:00. "Zirə" - "Omoniya" (Kipr)
Hakimlər: Raymond Tatrix, Artur Şakurov, Aleksandr Anufriyev
Mərdəkan. "Liv Bona Dea Arena".