"Zirə" Rəşad Sadıqovun rəhbərliyi altında 100-cü qələbəsini qazandı

"Zirə" Rəşad Sadıqovun rəhbərliyi altında 100-cü qələbəsini qazandı İdman

"Zirə" klubu baş məşqçi Rəşad Sadıqovun rəhbərliyi dövründə 100-cü qələbəsini əldə edib.

News24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu tarixi nailiyyət Misli Premyer Liqasının XX turunda keçirilən "Karvan-Yevlax"la qarşılaşmaya təsadüf edib.

Doğma meydanda baş tutan görüşdə 1:0 hesabı ilə qalib gələn "qartallar" mütəxəssisin rəhbərliyi altında çıxdığı 220-ci sınaqda yubiley qələbəsinə sevinib.

Bu qələbələrdən 82-si Premyer Liqa, 14-ü Azərbaycan Kuboku, 4-ü isə avrokubok matçlarında qeydə alınıb.