“Zirə”nin mövsümdə ilk məğlubiyyəti...

“Zirə”nin mövsümdə ilk məğlubiyyəti... İdman

Bu gün Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulacaq.

News24.az xəbər verir ki, son oyun günündə 2 görüş keçirilir.

Əvvəlcə “Sabah” “Zirə”ni qəbul edib və 3:0 hesabı ilə qələbə qazanıb. Bu, cari mövsümdə Premyer Liqada uduzmayan yeganə komanda – “Zirə”nin ilk məğlubiyyəti olub.

Günün və turun son matçında isə “Neftçi” “Araz-Naxçıvan”ı qəbul edəcək.  

19 oktyabr (bazar) 

16:00.“Sabah” – “Zirə” - 3:0 

Qol: Aron Maluda, 42, Velko Simiç, 45+2, 76

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev

VAR: Rauf Cabarov

AVAR: Eyyub İbrahimov

“Bank Respublika Arena”