Azərbaycan nefti 10 dollara yaxın ucuzlaşdı
İqtisadiyyat
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 9,57 ABŞ dolları və ya 8,07 % azalaraq 108,99 ABŞ dolları təşkil edib.
News24.az xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 104,19 ABŞ dolları təşkil edib.