Bu avtomobilin - gömrük rüsumları azaldılır

Bu avtomobilin - gömrük rüsumları azaldılır İqtisadiyyat

Avropa Komissiyası Çində istehsal edilən Tesla avtomobillərinin gömrük vergisi dərəcəsini azaldıb. Çindən idxal edilən elektrikli avtomobillər üçün iyul ayında müəyyən etdiyi digər vergi dərəcələrində ciddi dəyişiklik etməyib.

News24.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) iyulun 4-də Çindən idxal edilən elektriklə işləyən avtomobillərə iyulun 5-dən etibarən 37,6 faizə qədər gömrük rüsumunun tətbiq ediləcəyini açıqlasa da, danışıqlar üçün 4 ay vaxt verib.

Komissiya bu gün Çindən qisas təhdidlərinə səbəb olan anti-subsidiya araşdırmasının nəticələrinin layihəsini dərc edib.

Müvafiq olaraq, iyul ayında ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla-ya 20,8 faiz gömrük rüsumunun tətbiq edilməsi təklif edildikdən sonra bu gün bu faizi 9 faizə endirib.

Komissiyanın məlumatına görə, Tesla şirkətin aldığı xüsusi subsidiyalar əsasında vergi dərəcəsinin yenidən hesablanmasını tələb etmişdi.

Çinin elektrikli avtomobil istehsalının geniş subsidiyalardan faydalandığını nəzərə alaraq, Avropa Komissiyası Çindən idxal edilən elektrikli avtomobillərə 36,3 faizə qədər yekun rüsum tətbiq etməyi təklif edib.

Bu dərəcə komissiyanın iyul ayında Aİ-nin subsidiyaya qarşı araşdırması ilə əməkdaşlıq etməyən şirkətlər üçün təyin etdiyi maksimum 37,6 faiz vergidən bir qədər aşağıdır.

Qeyd edək ki, Tesla AI-nin araşdırmasında əməkdaşlıq edən şirkətlər arasındadır.

Günel Məlikzadə