Dollar sabit qaldı, avro və rubl ucuzlaşdı - Məzənnə
İqtisadiyyat
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
News24.az xəbər verir ki, noyabrın 4-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi isə 0,0404 manata təşkil edib. Öz növbəsində, avro 1,9566 manata, Rusiyanın 100 rublu isə 2,0988 manata qədər ucuzlaşıb.