Dünya bazarlarında qızılın qiyməti azaldı

Dünya bazarlarında qızılın qiyməti azaldı İqtisadiyyat

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb.

News24.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0.41% azalaraq 3966.60 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti isə 0.15% artaraq 47.40 ABŞ dolları olub.