"Həzi Aslanov" stansiyasındakı işlərin tamamlanma tarixi açıqlandı
İqtisadiyyat
“Bakı metrosunun “Həzi Aslanov” stansiyasında dalan yolunun tikintisi 2026-ci ilin sentyabrına kimi başa çatacaq.
News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev deyib.
O bildirib ki, “Əhmədli” və “Həzi Aslanov” stansiyaları arasında aparılan tikinti işləri yekun mərhələdədir:
“Layihə çərçivəsində işlərin bu ilin sentyabrına qədər tamamlanması nəzərdə tutulur. Tikinti başa çatdıqdan sonra qatarların hərəkəti əvvəlki qaydada bərpa ediləcək”.