İcra başçıları nə qədər maaş alır? - Siyahı

İcra başçıları nə qədər maaş alır? - Siyahı İqtisadiyyat

Azərbaycanda icra başçılarının maaşları açıqlanıb.

News24.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, icra başçılarının maaşları inzibati-ərazi vahidləri üzrə belədir:

Bakı şəhər icra başçısı – 7650 manat,

Gəncə, Sumqayıt şəhərlərinin icra başçıları – 5625 manat,

Əhalisi 100 mindən çox olan rayonlar – 4587,5 manat,

Əhalisi 50-100 min arası olan rayonlar – 4225 manat,

Əhalisi 50 minə kimi olan rayonlar – 3837,5 manat.

N.Cəfərli qeyd edib ki, bu məbləğdən 14% gəlir vergisi, 3% DSMF, 2% tibbi sığorta, 0,5% işsizlik sığortası və s. çıxılır.

Ekspert həmçinin söyləyib ki, bu maaşlar 2022-ci ilin martın 1-dən etibarən artıb, həmin tarixdən icra başçılarının əsas maaşına 1,5 misli əlavə verilir. O, misal olaraq xatırladıb ki, 2022-ci ilə qədər Bakı Şəhər İcra Hakimiyyətinin başçısının maaşı cəmi 3060 manat olub. ( İqtisadiyyat.az)