İstehlak artımı inflyasiyaya təsir etdi

İstehlak artımı inflyasiyaya təsir etdi İqtisadiyyat

Dövlət istehlakı və ev təsərrüfatlarının istehlakı ötən ilin ilk 9 ayı ilə müqayisədə müvafiq olaraq 6,6 və 10,5 faiz artıb. Qeyd olunan artım inflyasiyaya ümumilikdə 1,74 faiz bəndi təsir göstərib.

News24.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuat konfransında məlumat verib.

İqtisadi artım göstəricilərinə əsasən, ötən ilin yekununda ümumi daxili məhsul (ÜDM) 1,4 faiz, qeyri-neft və qaz sektoru üzrə ÜDM isə 2,7 faiz artıb.

Sahələr üzrə ən yüksək artım informasiya və rabitə sektorunda 8,7 faiz, turizm sahəsində isə 8,5 faiz qeydə alınıb.