Mərkəzi Bank inflyasiya proqnozunu açıqladı
İqtisadiyyat
2026 və 2027-ci illər üzrə inflyasiya proqnozları açıqlanıb.
News24.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, proqnozlara əsasən, 2026-cı ildə inflyasiyanın 5,5 faiz, 2027-ci ildə isə 4 faiz ətrafında olacağı gözlənilir:
"İnflyasiya göstəricisinin aşağı istiqamətdə yenidən nəzərdən keçirilməsinin əsas səbəbi kənd təsərrüfatı məhsulları üzrə inflyasiya gözləntilərinin azalması ilə əlaqələndirilir".
Sədr bildirib ki, 2026-cı ildə dövlət büdcəsi xərcləri və kredit portfelinin artımı inflyasiyaya neytral təsir göstərəcək.
"İqtisadi artım proqnozlarına görə, 2026-cı ildə ümumi daxili məhsul (ÜDM) 2,4 faiz, qeyri-neft ÜDM-i isə 4 faiz artacaq. 2027-ci il üçün bu göstəricilər müvafiq olaraq 2,9 faiz və 4 faiz səviyyəsində proqnozlaşdırılır", - deyə o qeyd edib.