Metroda bu xətt üzrə interval azaldıldı

Metroda bu xətt üzrə interval azaldıldı İqtisadiyyat

Bakı metrosunda Bənövşəyi xətt üzrə stansiyalarda qatarların hərəkət intervalı azadılır.

News24.az xəbər verir ki, “Avtovağzal”-“8 Noyabr” mənzilində qatarların hərəkət intervalı 8 dəqiqədən 5 dəqiqəyə endirilib.

Metronun “Xocəsən” stansiyası istiqamətində isə qatarların hərəkət intervalı 16 dəqiqədən 10 dəqiqəyə kimi azaldılıb.

Xatırladaq ki, Bənövşəyi xətt üzrə hərəkət intervalının azaldılması test rejimində tətbiq edilir. ( “APA-Economics”)