Problemli kreditlərin həcmi artdı

Problemli kreditlərin həcmi artdı İqtisadiyyat

2026-cı il fevral ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz artıb.

News24.az rəsmi göstəricilərə istinadən xəbər verir ki, bu, milli valyuta ekvivalentində 31863,7 milyon manat təşkil edib.

Ümumi kredit portfelinin 26171,6 milyon manatı və ya 82,1 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 94,1 faizi banklar, 5,9 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 17,3 faiz artaraq 557,5 milyon manat olub və ümumi kredit portfelinin 1,7 faizini təşkil edib.