Qızıl ucuzlaşdı
İqtisadiyyat
Dünya bazarlarında qızıl ucuzlaşıb, qiymət 4 min dollardan aşağı düşüb.
News24.az xəbər verir ki, noyabrın 1-də həm qızıl, həm də gümüşün dəyəri beynəlxalq bazarlarda azalma göstərib.
“Comex” birjasında qızılın (Gold Futures) bir unsiyası 19,4 dollar və ya 0,48% ucuzlaşaraq 3 996,5 dollara, spot qızılın (Gold Spot) qiyməti isə 21,62 dollar və ya 0,54% azalaraq 4 002,92 dollara geriləyib.
Gümüşün (Silver Futures) bir unsiyası da 0,46 dollar və ya 0,94% dəyər itirərək 48,16 dollar səviyyəsində qərarlaşıb.
Mütəxəssislər qiymət azalmasını ABŞ dollarının möhkəmlənməsi və investorların riskli aktivlərə marağının artması ilə əlaqələndirirlər.