Qızıl və gümüş bahalaşdı
İqtisadiyyat
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0.61% artaraq 4281 ABŞ dollarına bərabər olub.
News24.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 1% artaraq 57.01 ABŞ dolları təşkil edib.