Rusiya limanlarında yükdaşımaların - həcmi azalıb
İqtisadiyyat
Rusiya mərkəzli Ticarət Limanları Birliyi tərəfindən edilən yazılı açıqlamada bu ilin yanvar-iyul dövründə ölkə limanlarında həyata keçirilən yük əməliyyatları haqqında məlumat verilib.
News24.az xəbər verir ki, ilk 7 ayda limanlarda emal edilən quru yüklərin miqdarı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz azalaraq 257,8 milyon tona, toplu yüklərin miqdarı isə 3,4 faiz azalaraq 264 milyon tona düşüb.
Eyni zamanda, Rusiya limanlarının ümumi yük həcmi illik bazda 3,1 faiz azalaraq 521,8 milyon tona düşüb.
Bildirək ki, ölkədəki limanların ümumi yükdaşıma həcmi ötən il 2022-ci illə müqayisədə 5 faiz artaraq 884 milyon tona çatıb.
Günel Məlikzadə