İnternetin qiymətləri kəskin - ARTDI - Bu ölkədə...
İqtisadiyyat
Rusiyada sabit genişzolaqlı internet tariflərinin qiyməti artıb.
News24.az bildirir ki, qiymət artım tempi 5-15% arasında dəyişib, bu da inflyasiyanı ötüb. Eyni zamanda həm federal, həm də regional rabitə qurumları tarif qiymətlərini artırıblar.
Bu qiymət dinamikası inflyasiyanın artması, eləcə də rublun ucuzlaşması fonunda sanksiyalar və artan tədarük xərcləri səbəbindən avadanlıqların tədarük zəncirindəki dəyişikliklərlə əlaqələndirilir.
Bundan əvvəl Rusiya hostinq provayderlərinin öz xidmətlərinin qiymətlərini artırmağı planlaşdırdığı bildirilib. Əməliyyat-istintaq tədbirləri sistemlərinin (SORM) quraşdırılmasına dair tələblərin həyata keçirilməsi fonunda serverlərdə vebsaytların yerləşdirilməsinin qiymətlər də artacaq.
Qeyd edek ki, sistemlərin quraşdırılması tələbi şirkətlər üçün 2023-cü ildə tətbiq edilib.
Bundan əvvəl rusların inflyasiya gözləntiləri 14%-ə yüksəlmişdi .
Selcan Aslan